Demokrat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinin “mygov” platformasına inteqrasiyası çərçivəsində sözügedən xüsusi endirim barkodları da tətbiqə əlavə edilib. Artıq “e-Sosial” xidmətlərindən, o cümlədən pensiyaçı endirim barkodunuzdan “mygov” mobil tətbiqi vasitəsi ilə istifadə edə bilərsiniz. Endirimlərdən yararlanmaq üçün vətəndaşların “mygov” mobil tətbiqini yükləyərək qeydiyyatdan keçməsi və tətbiqdə görünən “Sosial Tərəfdaş” pensiyaçı barkodunu ödənişdən əvvəl kassada təqdim etmələri kifayətdir.
Xatırladaq ki, cari ilin 1 may tarixindən etibarən “e-Sosial” mobil tətbiqinin fəaliyyəti dayandırılacaq və xidmətlər “mygov” platformasına inteqrasiya ediləcək. “mygov” bütün dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi xidmət göstərir.Bu yanaşma vətəndaşların dövlət xidmətlərinə daha operativ və rahat çıxışını təmin edir.
mygov mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilərsiniz:
https://onelink.to/rryy4q
Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyin:
10Mənbələr
-
newscenter.azPensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqindədir ( 29159359)
-
newscenter.azPensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqindədir ( 29158036)
-
ikisahil.azPensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqindədir! ( 29148655)
-
newscenter.azPensiyaçılar üçün endirim barkodu artıq “mygov” mobil tətbiqindədir ( 29141830)
-
hit.azPensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqində ( 29139946)
-
demokrat.azPensiyaçılar üçün endirim barkodu artıq mygov mobil tətbiqində ( 29136922)
-
pravda.azPensiyaçılar üçün şad xəbər: endirimlər əlçatan oldu ( 28743766)
-
musavat.comPensiyaçılara ŞAD XƏBƏR - Endirim ediləcək ( 28742719)
-
veteninfo.azPensiyaçılara ŞAD XƏBƏR – Endirim ediləcək ( 28736074)
-
busaat.azPensiyaçılara ŞAD XƏBƏR – Endirim ediləcək ( 28734811)