AZ

BP: BTC kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi qrafikə uyğun davam edir

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi prosesi müəyyən olunmuş qrafikə uyğun şəkildə davam edir. Bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli Bakı Enerji Forumu çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müqavilə öhdəliklərinə əsasən operatorluğun təhvil verilməsi üzrə son tarix 1 iyuldur və proses həmin qrafikə tam uyğun icra olunur. C.Kristofoli qeyd edib ki, bu addım BP-nin layihədən çıxması demək deyil, sadəcə müqavilə öhdəliyinin yerinə yetirilməsidir. Onun sözlərinə görə, SOCAR-ın kəmərin operatoru kimi fəaliyyətə başlaması üçün əvvəlcədən geniş hazırlıq işləri görülüb və şirkət bu infrastrukturu idarə etmək üçün kifayət qədər təcrübə və imkanlara malikdir.

O həmçinin bildirib ki, qlobal neft bazarında müşahidə olunan qısamüddətli qiymət dəyişiklikləri BP-nin investisiya qərarlarına təsir göstərmir. Şirkət kapitalın yerləşdirilməsində ilin əvvəlində müəyyən edilən qiymət mühitinə əsaslanır və il ərzində investisiya çərçivəsinin sabit saxlanılmasına üstünlük verir. Bununla yanaşı, Bakı-Tbilisi-Ərzurum (BTƏ) boru kəmərinin operatorluğunun təhvil verilməsi prosesi üzrə işlərin davam etdiyi də diqqətə çatdırılıb.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

Seçilən
73
azerbaijan-news.az

1Mənbələr