Demokrat.az xəbər verir ki, "İlandağ yazısı" 30 illik axtarışlardan sonra nəhayət aşkarlanıb və elmi tədqiqat üçün yenidən qeydə alınıb.
Yazıda Urartu hökmdarları İşpuini və Menuanın Naxçıvana hərbi səfəri barədə məlumat verilir. Bildirilir ki, onlar indiki Ərəzin kəndindən keçərək Araz çayının cənubunda Puluadi ölkəsində Tanrı Xaldiyə qurban mərasimi keçiriblər. Araşdırmalara əsasən, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıya istinadla qeyd edilir ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb.
Arxeologiya və Antropologiya İnstitutundan Bakupost.az -a verilən məlumatına görə, İlandağ ərazisində e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazısının yeri 1 iyun tarixində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Xaraba-Gilan ekspedisiyasının iştirakı ilə müəyyən edilib:
"XX əsrin 80-ci illərinin sonunda Naxçıvan MR-in İlandağ ərazisində qaya üzərində həkk olunmuş mixi yazılı mətn aşkar edilərək elmi dövriyyəyə daxil edilmişdi. Lakin abidənin yeri dəqiq göstərilməmişdi. Sonrakı illərdə dəfələrlə axtarışlar aparılsa da, onun yerini müəyyən etmək alınmayıb.
Mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub.
Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub:
10Mənbələr
-
day.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi - FOTO ( 29138080)
-
yenicag.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi - FOTOLAR ( 29137810)
-
ucnoqta.azAzərbaycanda 2800 il yaşı olan qayaüstü yazı aşkar edildi ( 29137687)
-
olaylar.azAzərbaycanda 2800 illik yazı tapıldı ( 29137660)
-
hit.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi - FOTO ( 29137702)
-
milliyol.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi (FOTO) ( 29137636)
-
ucnoqta.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi ( 29137624)
-
demokrat.azAzərbaycanda 2800 illik yazı tapıldı ( 29137561)
-
poliqon.infoAzərbaycanda 2800 illik yazı tapıldı ( 29137546)
-
unikal.azAzərbaycanda 2 800 il yaşı olan qayaüstü yazı aşkar edildi - FOTOLAR ( 29137105)