AZ

“Samsung” dünyanın ən dəyərli 10 şirkəti sırasına daxil olub

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti qısa müddət ərzində dünyanın ən böyük bazar kapitallaşmasına malik 10 korporasiyası siyahısına daxil olaraq “Meta Platforms”ı geridə qoyub. Bu barədə “Hankyung” qəzeti “CompaniesMarketCap” portalının məlumatlarına istinadən yazıb.

Çərşənbə axşamı səhmlərin qısamüddətli bahalaşması nəticəsində “Samsung Electronics”in səhmləri 1,29% artıb və şirkətin bazar dəyəri 1,535 trilyon dollara çatıb. Həmin vaxt “Meta Platforms”ın bazar kapitallaşması 1,524 trilyon dollar təşkil edib və şirkət müvəqqəti olaraq 11-ci yerə geriləyib.

Reytinqdə 9-cu yerdə 1,561 trilyon dollarlıq bazar dəyəri ilə “Tesla” qərarlaşıb.

İlk beşlikdə isə ABŞ şirkətləri üstünlük təşkil edib: “Nvidia” (5,434 trilyon dollar), “Alphabet” (4,513 trilyon dollar), “Apple” (4,498 trilyon dollar), “Microsoft” (3,420 trilyon dollar) və “Amazon” (2,810 trilyon dollar).

Altıncı yerdə 2,259 trilyon dollar bazar dəyəri ilə Tayvanın TSMC şirkəti qərarlaşıb. Sonrakı yerləri “Broadcom” (2,177 trilyon dollar) və “Saudi Aramco” (1,763 trilyon dollar) tutub.

Cənubi Koreyanın digər texnologiya şirkəti “SK Hynix” isə 1,072 trilyon dollarlıq bazar kapitallaşması ilə 13-cü yerdə qərarlaşıb.

Hazırda “Samsung Electronics” yenidən 11-ci yerə düşüb və şirkətin bazar dəyəri 1,522 trilyon dollar olaraq qiymətləndirilir. 12-ci pillədə isə 1,167 trilyon dollarlıq kapitallaşma ilə “Micron Technology” yer alır.

Seçilən
50
banker.az

1Mənbələr