AZ

Qlobal enerji bazarı: Azərbaycanın alternativi yoxdur

“Azəri-Çıraqlı-Günəşli” neft yatağından təbii qaz nəql olunacaq. 

BP şirkətindən “Azərtac” – a verilən məlumata görə, Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb. 

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür. 

Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq.

 Məsələ ilə bağlı iqtisadçı ekspert Pərviz Heydərov “Cebheinfo.az” – a şərhində qeyd edib ki, “Azəri-Çıraqlı-Günəşli” neft yatağından təbii qazın nəql edilməsi Azərbaycanın qlobal enerji bazarında mövqeyini daha da möhkəmləndirəcək: 

““Azəri-Çıraqlı-Günəşli” neft yatağından əldə olunan təbii qazın istifadəyə verilməsi, əlbəttə ki, mühüm hadisədir. Ona görə ki, Azərbaycanın Avropa ölkələri qarşısında müəyyən öhdəlikləri var və bu öhdəliklər artmaqdadır. 

Bir-birinin ardınca müxtəlif Avropa ölkələrinin rəsmiləri Azərbaycana təşrif buyurur və ölkəmizdən təbii qaz idxal etmək istəyir. Demək olar ki, Azərbaycan 10-dan çox Avropa ölkəsinə təbi qaz nəql edir. 2027- ci ildə Azərbaycandan Avropaya ixrac olunan qazın həcmi iki dəfə artacaq, yəni maksimum həddə çatacaq. Bütün bunlar isə yeni yataqlar tələb edir”. 

O qeyd edib ki, digər qaz yataqları ilə yanaşı, “Azəri-Çıraqlı-Günəşli” neft yatağından da təbii qazın nəql olunması həm ölkəmizin daxili tələbatının ödənilməsinə, həm də ixrac potensialımızın daha da artmasına mühüm təsir göstərəcək: 

“Azərbaycanın qlobal enerji bazarında mövqeyi və nüfuzu daha da möhkəmlənəcək. Həm də ki, Avropanın diqqətində Azərbaycan alternativ qaz ölkəsi kimi alternativsiz mövqeyə nail olacaq.” 

Seçilən
29
1
cebheinfo.az

2Mənbələr