AZ

Yeniyetmələrin işləməsi təhsillərinə necə təsir edir? - AÇIQLAMA

Erkən əmək fəaliyyəti yeniyetmələrə pulun dəyərini anlamağa kömək etsə də, 12 yaşdan etibarən işləməklə təhsili paralel şəkildə davam etdirmək olduqca çətindir.

Redaktor.az xarici mediaya istindla bildirir ki, bu barədə korreksiya pedaqoqu, uşaq və ailə psixoloqu Mariya Todorova "İzvestiya" qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, uşaqlarda maliyyə savadlılığının əsasları artıq 6-7 yaşlarında formalaşmağa başlayır. Yay tətili dövründə və ya müvəqqəti işlərdə çalışmaq isə yeniyetmələrə pulun necə qazanıldığını və onun dəyərini daha yaxşı anlamağa imkan verir. Eyni zamanda əmək təcrübəsi məktəbdə öyrənilən biliklərin praktik əhəmiyyətini göstərir, məsuliyyət, dəqiqlik və ünsiyyət bacarıqlarının inkişafına kömək edir.

Lakin psixoloq vurğulayıb ki, 12 yaşında tam iş rejimində çalışmaqla keyfiyyətli təhsili bir arada aparmaq çətin məsələdir. Onun fikrincə, erkən məşğulluq müəyyən hallarda tədris prosesi və yeniyetmənin yaşına uyğun ehtiyacları ilə rəqabət apara bilər.

Mütəxəssis işləmək istəyən uşaqlara könüllülük fəaliyyətləri və müxtəlif yaradıcılıq layihələri kimi daha təhlükəsiz və uyğun məşğuliyyətlərə üstünlük verməyi tövsiyə edib. O qeyd edib ki, yeniyetmənin öz vaxtını planlaşdıra bilməsi və tənqidləri qəbul etməsi onun bu cür fəaliyyətə hazır olduğunu göstərən əsas amillərdəndir.

Mariya Todorova əlavə edib ki, erkən əmək fəaliyyəti bəzi hallarda təhsilə əlavə motivasiya da yarada bilər. Çünki yeniyetmələr real iş mühitində müxtəlif tapşırıqlarla qarşılaşdıqda dil, riyaziyyat və digər fənlər üzrə biliklərin praktik əhəmiyyətini daha yaxşı dərk edirlər.

NURİYYƏ

Seçilən
29
1
redaktor.az

2Mənbələr