Türkiyə Prezidenti, AKP lideri Rəcəb Tayyib Ərdoğanın qızı Sümeyye Ərdoğan Bayraktar və həyat yoldaşı Səlcuq Bayraktarın üçüncü övladları dünyaya gəlib.
Ölkə.az xəbər verir ki, xəstəxanada Sümeyye və Səlçuk Bayraktarı ziyarət edən Ərdoğan, nəvəsi və qızının səhhəti ilə bağlı məlumat alıb və Bayraktar cütlüyünü təbrik edib.
Prezident Ərdoğan xəstəxanaya baş çəkərkən ona həyat yoldaşı Əminə Ərdoğan da yoldaşlıq edib.
Evli cütlük Sümeyye və Səlcuq Bayraktar 2017-ci ildə doğulan övladına Canan Aybüke, 2024-cü il təvəllüdlü övladına isə Asım Özdemir adını verib.
Ölkə.az