AZ

CHP sədri postuna qayıdan Kılıçdaroğlunun yeni komandası bəlli oldu

BAKI, 2 iyun. TELEQRAF

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni İdarə Heyətinin üzvləri açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın sözçüsü Müslim Sarı məlumat verib.

CHP-nin yeni İdarə Heyəti 19 nəfərdən ibarətdir.

Sədrin Kamal Kılıçdaroğlu heyətdə Orhan Sarıbal, Bülent Kuşoğlu, Müslim Sarı, Deniz Demir, Ali Rıza Erbay, Cemal Canpolat, Necdet Saraç, Yıldırım Kaya, Hasan Efe Uyar, Berhan Şimşek, Devrim Barış Çelik, Ahmet Hakan Uyanık, Nevaf Bilek, Adnan Demirci, Tahsin Tarhan və Qamze Akkuş İlgezdi sədr müavinləri kimi yer alıb.

Xatırladaq ki, məhkəmə mayın 21-də CHP-nin 38-ci qurultayının nəticələrini etibarsız sayaraq ləğv edib. Məhkəmənin müvafiq qərarı ilə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu müvəqqəti olaraq yenidən vəzifəyə qaytarılıb.

Özgür Özəlin sədr seçildiyi qurultayın nəticələrinin ləğvindən sonra Kamal Kılıçdaroğlu ilə yanaşı, onun komandasının üzvləri də yenidən vəzifələrində bərpa edilib.

Məhkəmənin qərarına görə, 2023-cü il noyabrın 6-da baş tutan qurultay partiyadaxili demokratiya, bərabərlik və azad iradə prinsiplərinə zidd şəkildə keçirilib, bu səbəbdən səsvermə mütləq etibarsızlıq əsası ilə qüsurlu hesab olunub.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr