Bakı, 2 iyun, AZƏRTAC
Yaxın aylarda “El-Ninyo” iqlim hadisəsi nəticəsində ekstremal hava şəraiti və təbii fəlakət riski arta bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatında deyilir. Məlumata görə, “El-Ninyo” iqlim hadisəsi zamanı Sakit okeanın su səthi isinir və bu, qlobal miqyasda külək, atmosfer təzyiqi və yağıntılara təsir göstərir.
ÜMT-nin baş katibi Celeste Saulo dünya ölkələrini quraqlıq, yüksək istilik dalğaları və güclü leysan yağışları kimi ekstremal hava hadisələrinə hazırlıq görməyə çağırıb. Onun sözlərinə görə, qlobal orta temperaturun artmasının təsiri 2027-ci ildə daha çox hiss oluna bilər.