Prezident Donald Trampın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Aleksandr Aldenin namizədliyini irəli sürməsi uğurlu seçimdir.
Daha əvvəl ABŞ Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Müdafiə Nazirliyində yüksək vəzifələrdə çalışan, ABŞ dövlət katibinin Avropa məsələləri üzrə müavini olan Aleksandr Alden həm peşəkar diplomat, həm də nüfuzlu Johns Hopkins Universitetində beynəlxalq münasibətlər üzrə dərslər keçən tədqiqatçıdır.
Zənnimcə, ABŞ Senatının Aleksandr Aldenin namizədliyini təsdiqləməsi üçün heç bir problem olmayacaq.