"Azərsun Holdinq"ə daxil olan “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC 2026-cı ilin yanvar-aprel aylarında qeyri-dövlət ixracatçıları arasında üçüncü pillədə qərarlaşıb.
Marja xəbər verir ki, İmişlidə şəkər zavoduna məlik olan şirkətin ixracı cari ilin ilk 4 ayında 37,3 milyon ABŞ dolları təşkil edib.
2025-ci ilin eyni dövründə bu göstərici 9,2 milyon ABŞ dolları idi. Bu isə illik müqayisədə 28,1 milyon dollar və ya 305,4% artım deməkdir.
Beləliklə, “Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı bir il ərzində təxminən 4 dəfə artıb.
