AZ

Mikayıl Cabbarov: "Azərbaycanın energetika sahəsindəki uğuru digər regionlara töhfə verir"

"Azərbaycanın energetika sahəsindəki uğurları təkcə onun iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də bölgənin coğrafi hüdudlarından kənara çıxan daha geniş regiona töhfə verir".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov l Azərbaycan-ABŞ İqtisadi Dialoquna həsr olunmuş mətbuat konfransında bildirib.

"ABŞ-dən olan, bu sahədə ixtisaslaşmış özəl sektor şirkətləri ilə əməkdaşlıq etməyi, onların bilik və təcrübələrindən, eləcə də mövcud alətlərdən yararlanmağı səbirsizliklə gözləyirik. Bu alətlər Prezident Tramp administrasiyasının ortaya qoyduğu baxış sayəsində mümkün olub. Onlar kritik faydalı qazıntıların hasilatının inkişafı sahəsini öz administrasiyaları dövründə ən mühüm və yüksək prioritetlərdən biri kimi müəyyən ediblər. Bizim üçün bu dialoq Azərbaycan və ABŞ arasında strateji iqtisadi tərəfdaşlığın gücləndirilməsində mühüm bir addım olub. Bizim energetika sahəsində çox yaxşı və uğurlu nümunəmiz var. Bu, hazırda yalnız Azərbaycanın iqtisadi rifahına və enerji təhlükəsizliyinə deyil, həm də yaşadığımız regionun coğrafi hüdudlarından kənara çıxan daha geniş bir regiona töhfə verir", - o vurğulayıb.

Seçilən
19
far.az

1Mənbələr