AZ

Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən keçirilən müsabiqəyə əsasən, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Buzovna qəsəbəsi ilə əlaqələndirən 107 nömrəli və Maştağa qəsəbəsi ilə əlaqələndirən 107A nömrəli müntəzəm marşrutların avtobusları yenilənir.

İyunun 3-dən hər iki şəhərətrafı marşrut üzrə sərnişinlərə müasir avtobuslarla xidmət göstəriləcək.

Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,65 AZN müəyyən edilib.

 

Vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən diqqətdə saxlanılır.

AYNA 107 nömrəli marşrut 107A nömrəli marşrut Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi Buzovna marşrutu Maştağa marşrutu şəhərətrafı avtobuslar Bakı avtobus marşrutları avtobuslar yenilənir müasir avtobuslar nağdsız ödəniş gedişhaqqı 065 manat sərnişindaşıma xidməti Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ictimai nəqliyyat Bakı nəqliyyatı
Seçilən
18
3
marja.az

10Mənbələr