
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi də dövlətin və cəmiyyətin bu məsələyə nə dərəcədə həssaslıqla yanaşdığını ifadə edir. Bununla əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. 2024-cü il bu baxımdan əlamətdardır. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 25 dekabr 2023-cü ildə Sərəncam imzalayıb.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Asim Mollazadə Demokrat.az-a açıqlamasında qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində bir neçə istiqamətdə mühüm işlərin görülməsi hədəflənib:

“Azərbaycan dövləti Qarabağı "yaşıl bölgə" elan edib. Burada alternativ enerji mənbələrindən istifadə imkanları genişləndiriləcək, günəş və külək enerjisinin istehsalatda və məişətdə tətbiqi nəzərdən keçiriləcək. Bununla yanaşı Azərbaycan yaşıl enerji sahəsində bir sıra investisiya layihələri üzərində tərəfdaşları ilə əməkdaşlıq edir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan ənənəvi enerji sahəsində öz sözünü demiş ölkələrdən biridir. Tarixən ölkəmizdə neft və qaz sənayesi öz qızıl dövrünü yaşayıb. Ötən əsrdə dünyada nef emalının yarıdan çoxu Bakıda həyata keçirilirdi. Hazırda yaşıl enerjiyə keçid dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edir. Artıq bunun təməli qoyulub. Belə ki Qara dənizin altı ilə Azərbaycan bir sıra Avropa ölkələrinə yaşıl enerjinin nəqlinə başlayacaq. Bu, ölkəmiz üçün yeni tarixi şansdır. Azərbaycan yaşıl enerjiyə keçid, bununla da ekologiya və ətraf-mühitin mühafizəsində həqiqətən həmrəylik nümayiş etdirir. Azərbaycan bu sahədə aparıcı ölkələr üçün mühüm tərəfdaşdır”.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyini sədri Elman Cəfərli də sayta açıqlamasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının yeni imkanlar yaradacağını bildirib:

“Azərbaycanda ətraf mühitin, meşə və su resurslarının qorunması, Xəzər sahili ərazilərin məişət tullantılarından təmizlənməsi, işğaldan azad olunmuş bölgələrin minalardan təmizlənməsi istiqamətində ciddi işlər görülməlidir. Prezident İlham Əliyev yerli mətbuata müsahibəsində yeni dövrün başladığını bildirdi. Məncə, bu, doğru təsbitdir. 33 illik dövr qapanıb. "Vəhşi yığım" dövrünün acı nəticələrini aradan qaldırmaq üçün hər kəs səfərbər olmalıdır. Bu il əslində könüllülər ilidir. Hər kəs, hər bir vətəndaş ekosistemin qorunması işinə könül verməlidir. Ayrı-ayrı kollektivlər könüllü ağacəkmə aksiyaları keçirməlidir. Bu mərhələdə vətəndaş cəmiyyətinin, medianın üzərinə böyük vəzifə düşür. Ətraf mühitin qorunmasını, su ehtiyatlarına qənaəti təşviq edən sosial çarxlar hazırlanmalı, bələdiyyələr bu istiqamətdə təbliğat xarakterli banerlər hazırlamalıdır. Azərbaycan bərpa olunan enerji – yaşıl enerji zonalarının yaradılmasını hədəfləyib. Ölkəmiz 2050-ci ilə qədər istixana qazlarının emissiyasının 40 faizə qədər azaltmağı öhdəsinə götürüb. İnfrastruktur layihələrində ekoloji texnologiyalara üstünlük verilir. Bakı şəhərində ekoloji təmiz nəqliyyata keçid layihələri planlaşdırılıb. Bu istiqamətdə işlər sürətəndirilməlidir. Rəsmi qurumlarda, icra və bələdiyyə strukturlarında təmir, bərpa və tikinti-quruculuq işlərinə yaşıl yanaşma hakim olmalıdır".
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda hazırlanıb.
10Mənbələr
-
azedu.azProfessor: “Dünya “yaşıl enerji” mənbələrinə keçməlidir” ( 2951719)
-
report.azProfessor: “Dünya “yaşıl enerji” mənbələrinə keçməlidir” ( 2951221)
-
demokrat.az"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində mühüm işlərin görülməsi hədəflənib ( 2914408)
-
ekologiya.az"Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış iddialı bir təşəbbüsdür" - Fərhad Zeynallı ( 2910295)
-
azertag.azAzərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi dayanıqlı inkişafa doğru atılmış iddialı bir təşəbbüsdür ( 2907706)
-
yeniazerbaycan.com“Yaşıl” gələcəyə doğru... ( 2757616)
-
az.trend.azAzərbaycan yaşıl dünyaya mühüm töhfə verəcək ( 2528163)
-
tehsil.bizBDU-da "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı Tədbirlər Planı hazırlanacaq ( 2522850)
-
ekologiya.azCOP-29: Azərbaycanın yaşıl enerji ehtiyatları dünya iqtisadiyyatının diqqət mərkəzindədir ( 2520048)
-
azertag.azCOP-29: Azərbaycanın yaşıl enerji ehtiyatları dünya iqtisadiyyatının diqqət mərkəzindədir ( 2504832)