Bakı, 2 iyun, AZƏRTAC
Təmsil etdiyim şirkət yüksək təzyiqli nasoslar istehsal edir və boru kəmərlərinin təmizlənməsi ilə məşğul olur. Uzun müddət neft və qazın nəql olunduğu borular zamanla çirklənir, qalıqlar nəticəsində tutularaq ötürücülük qabiliyyətini azaldır.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində iştirak edən Rusiyanın “İnrerpromo” şirkətinin marketinq üzrə meneceri Andrey Petruşenko deyib.
O bildirib ki, şirkətin zavodu boruların təmizlənməsi və açılması üçün cihazlar da istehsal edir.
“Azərbaycan neft hasil edən ölkədir və dünya bazarına neft ixrac edir. Onun neft nəqli üçün geniş infrastrukturu var və bu infrastruktur əsasən borulardan ibarətdir. Bu baxımdan sərgi çərçivəsində tərəfdaş şirkətlərlə danışıqlar aparıb əməkdaşlıq etməyi düşünürəm. Bu il Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ilk dəfə iştirak edirik. Təşkilatçılıq yüksək səviyyədədir. Sərgi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulması üçün əlverişli platformadır”, - deyə şirkət menenceri vurğulayıb.