2026-cı il futbol üzrə dünya çempionatında yeni texnologiyanın tətbiqi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, turnirdə ilk dəfə olaraq yenilənmiş Connected Ball Technology sistemindən tam şəkildə istifadə ediləcək. Topun daxilində cəmi 14 qram ağırlığında miniatür sensor yerləşdirilib və bu sensor real vaxt rejimində məlumat toplayır.
Sistem saniyədə 500 dəfə məlumat qeydə alaraq topun sürətini, trayektoriyasını, fırlanmasını və oyunçu ilə təmas anını izləyir. Topdan əldə olunan məlumatlar meydanın ətrafında quraşdırılmış 12 kameranın topladığı informasiya ilə birləşdirilir.
Texnologiya oyunun daha dəqiq idarə olunması məqsədilə hazırlanıb. Sensor mümkün əl oyunu epizodlarının və qapı xətti üzərindəki mübahisəli məqamların araşdırılmasına kömək edir.
Gözlənilir ki, yeni sistem hakimlərin işini asanlaşdıracaq və qərarların daha dəqiq verilməsinə şərait yaradacaq.
Musavat.com