AZ

“Turan Tovuz” Konfrans Liqasına gedə bilmir: Klub rəhbərliyi problemdən xəbərsiz olub

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Turan Tovuz” Azərbaycanın futbol klublarının avrokuboklarda ilk təmsilçisidir. Bölgə təmilçisi 1994-cü ildə Türkiyə “Fənərxabça”sına qarşı iki oyun keçirməklə Avropaya cığır açmışdı. Onda nəticələr yaxşı olmamışdı, Tovuz komandası iki qarşılaşmada qapısında 7 top görmüşdü. Buna baxmayaraq, “Turan Tovuz”un adı Azərbaycan futbolunun müstəqillik dönəminin tarixinə yazılıb.

Bizimyol.info xəbər verir ki, indi Tovuz komandasının Konfrans Liqasına gedə bilməyəcəyi məlum olub. 2019-cu ildə klubun 7 futbolçusunu adı oyun alqı-satqısında hallanıbmış. O vaxt UEFA AFFA-nı məlumatlandırıb. AFFA İcraiyyə Komitəsinin qərarı ilə həmin oyunçular futboldan ömürlük uzaqlaşdırılıb. Sən demə, UEFA həm də “Turan Tovuz”u 10 il avrokuboklardan uzaqlaşdırıbmış. İndi isə məlum olur ki, klubun yeni rəhbərliyinin bundan xəbəri yoxdur.

AFFA məsuliyyəti üzərinə götürmür. Açıqlamalar ziddiyyətlidir. İş orasındadır ki, o vaxt klub AFFA-nan balansında imiş. Klubun keçmiş rəhbərliyinin oyun alqı-satqısından xəbəri olmayıb. Həmin rəhbərlik məhz buna görə cəzalandırılmayıb. Yeddi il əvvəl “Turan Tovuz”un əvvəlki rəhbərliyi AFFA-ya məktub ünvanlayaraq günahsız olduğunu bildirib. İndi həmin məktub ortaya çıxarılmır.

“Turan Tovuz”un indiki rəhbərliyi güclü klub yaratmaq niyyətindədir. Tovuzda stadion standartlara uyğun vəziyyətə gətirilib, ot örtüyü yenilənib. Bakıda baza inşa olunub. Heyət çox gücləndirilib, komandaya Çempionlar Liqasında özündə söz etdirən Kurban Berdiyev başçılıq edir. Bütün bunların məntiqi nəticəsi olaraq “Turan Tovuz” 32 ildən sonra avrokuboklara vəsiqə qazanıb. Amm indi bu qədər zəhmət yerə vurulur. Yeni rəhbərlik bir neçə il əvvəl klubu təhvil alanda problemdən xəbərsiz olub. “Turan Tovuz”un rəsmi açıqlamasına görə UEFA-nın qadağası ilə bağlı hələ də beynəlxalq qurumdan xəbərdarlıq məktubu almayıblar.

Tovuz klubu iyulun 23-də Konfrans Liqasında ilk oyununa çıxmalıdır. Buna qədər problem yoluna qoyulmalıdır. “Turan Tovuz” UEFA-nı inandırmalıdır ki, əvvəlki rəhbərlik oyun alqı-satqısında xəbərsiz olub, üstəlik, Ehtiram Quliyevin başçılıq etdiyi yeni rəhbər heyət də hər hansı qadağa ilə bağlı məlumatlandırılmayıb. Ümid sonda ölür. Təki hər şey “Turan Tovuz” üçün yaxşı nəticələnsin.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr