AZ

“Fənərbaxça” prezidenti seçilmədən iki futbolçu ilə anlaşdı

“Fənərbaxça”da prezidentliyə namizəd Hakan Safi konqres üzvləri üçün təşkil etdiyi tədbirdə açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o, iki türk oyunçusunu İstanbula gətirdiyini bildirib. Hakan Safi deyib: “Türkiyəyə iki ulduz gətirdim, razılığa gəldim! Həmçinin iki milli komanda oyunçusu ilə də razılığa gəldim. Seçkilərdən əvvəl 2-3 dünya ulduzu gətirəcəyimi demişdim! Sizi məyus etməmək üçün imzalanmış müqavilə olmadan bunu elan etmirəm”, - deyə bildirib.

O, həmçinin razılaşmalar barədə detalları açıqlayıb.

Seçilən
17
metbuat.az

1Mənbələr