AZ

“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?

Premyer-liqanı 4-cü yerdə tamamlayan “Neftçi” Konfrans Liqasına vəsiqə qazanıb.

Bildiyiniz kimi, “ağ-qaralar” mövsümdəki son ev oyununu “Palms Sports Arena”da keçirə bilmədi. Bəs stadionda hansı işlər görülüb, ümumiyyətlə, qulluq-baxım işləri bitib? “Neftçi” toplanışa başlayanda öz stadionunda məşq edə biləcək? Yuri Vernidub hazırda Bakıdadı, yoxsa vətənində? Vətənindədisə, nə vaxt qayıdacaq?

Bu suallara cavab tapmaq üçün klubun mətbuat katibi Asəf Zeynallı ilə əlaqə saxladıq:

“Ot örtüyünün yenilənməsi məqsədilə renovasiya işləri görülür. Bu da hər mövsüm bitəndən sonra normal prosedur qaydasıdı. Komanda hazırlıq prosesini bazada keçirəcək. Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm”.

İSRAYIL XEYRULLAYEV
Seçilən
29
1
football-plus.az

2Mənbələr