525.az saytına istinadən ain.az xəbər verir.
ABŞ ilə hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır.
525.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Məhəmməd Cəfər Əsədi bildirib.
O deyib ki, ABŞ İranın təslim olmağını tələb edir:
"ABŞ təslim olmağımızı tələb edir... Müharibə qaçılmazdır, çünki təslim olmaq variant deyil. Biz müharibəyə hazırıq və bununla bağlı heç bir problem görmürük, ona görə də NATO münaqişəyə girsə belə, heç bir narahatlığımız yoxdur", - Əsədi bildirib.
Cəfər Əsədi həmçinin Tehranın hələ tam hərbi potensialını nümayiş etdirmədiyini vurğulayıb.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.