AZ

Paşinyan Ermənistanın Aİ yə üzvlüyü üçün referendum keçirilməsi şərtini açıqlayıb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Avrasiya İqtisadi İttifaqı (Aİİ) Ermənistan üçün yeni imkanlar açmalıdır ki, ölkədə bu təsisata müsbət münasibət artsın”.

525.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan "İzvestiya" nəşrinə deyib.

O, Aİİ ilə Avropa İttifaqı arasında mümkün seçim mövzusuna da toxunub. Paşinyan qeyd edib ki, Ermənistanda Aİ üzvlüyü ilə bağlı referendum yalnız ölkə  rəsmi olaraq Avropa İttifaqına ərizə təqdim etdikdə və ya namizəd statusu almağa çox yaxın olduqda keçirilə bilər.

"Ermənistan rəsmi olaraq Aİ-yə tam üzvlük üçün ərizə təqdim edənə qədər referendum keçirilməyəcək. Bu, baş verən kimi referendum olacaq, - o bildirib.

Aİİ-nin dörd üzv dövlətinin - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin Astanada keçirilən Aİİ sammitində qəbul etdikləri bəyanatdan danışan Paşinyan onun məzmunu ilə tanış olduğunu qeyd edib:

“Mən onunla tanışam. Belə çıxır ki, dörd ölkədən olan tərəfdaşımız Ermənistanın qərarı ilə bağlı referendum keçirilməsi ideyasını dəstəkləyirlər".

Onun sözlərinə görə, Aİİ yeni imkanlar nümayiş etdirməli, yeni fürsətlər açmalıdır ki, Ermənistanda imici artsın, nəinki  bunun əksi olsun. 

Baş nazir deyib ki, bəzi məhdudiyyətlər əks təsir göstərir və Ermənistan vətəndaşları arasında Aİİ haqqında mənfi təsəvvür yaradır. 

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
525.az

1Mənbələr