AZ

Narkotik asılılığına son! Vaksin icad edildi

ain.az, Saglamolun portalına istinadən məlumatı açıqlayır.

VAKSİN BEYİNƏ GEDƏN ASILILIĞI BLOKLAYACAQ

Braziliyalı alimlər narkotik asılılığının müalicəsi üçün dünyada ilk vaksin hesab olunan “Calixcoca” preparatını hazırlayıb. İlkin sınaqlar zamanı vaksin heyvanlar üzərində müsbət nəticələr göstərib və hazırda insanlar üzərində klinik sınaqlara hazırlaşır.Mütəxəssislərin sözlərinə görə, Calixcoca immun sistemini kokain molekullarına qarşı anticisimlər istehsal etməyə sövq edir. Bu anticisimlər narkotik maddənin beyinə çatmasının qarşısını alır və nəticədə istifadəçi kokain qəbul etdikdə eyforiya hiss etmir. Layihənin koordinatoru, psixiatr Frederiko Qarsiyanın sözlərinə görə, əgər preparat tənzimləyici qurumlar tərəfindən təsdiqlənərsə, bu, asılılığının vaksin vasitəsilə müalicə olunduğu ilk hal olacaq.Tədqiqatçılar bildirib ki, vaksin laboratoriyada hazırlanmış kimyəvi birləşmələrdən ibarətdir, istehsalı nisbətən ucuzdur və xüsusi saxlanma şəraiti tələb etmir. Heyvanlar üzərində aparılan sınaqlarda ciddi yan təsirlər müşahidə edilməyib. Alimlər hesab edir ki, yeni vaksin reabilitasiya prosesində olan insanlara yenidən narkotik istifadəsinə qayıtma riskini azaltmaqda kömək edəcək.

Saglamolun.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
saglamolun.az

1Mənbələr