ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Mikayıl Useynov küçəsində piyada və sürücülərin iştirakı ilə təhlükəli yol hadisəsi qeydə alınıb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 1-də günorta saatlarında baş verib. Belə ki, azyaşlı övladını qucağında daşıyan qadın piyada yolu təyin olunmamış hissədən keçərək hərəkətdə olan nəqliyyat vasitələri üçün qəfil təhlükə yaradıb.
Nəticədə öndə hərəkətdə olan avtomobilin sürücüsü piyadanı qəfil görərək əyləci sıxmalı olub. Ara məsafəsinin düzgün saxlanılmaması səbəbindən arxadan gələn 99-CP-350 dövlət qeydiyyat nişanlı “BMW” markalı avtomobilin sürücüsü öndəki nəqliyyat vasitəsi ilə toqquşmamaq üçün sol zolağa manevr edib. Bu zaman o, diqqətsizlik göstərərək həmin zolaqda hərəkətdə olan motosiklet üçün qəza şəraiti yaradıb.
Motosiklet sürücüsü isə vəziyyətə baxmayaraq hərəkəti davam etdirərək qoşa xəttin üzəri ilə hərəkət edib və daha sonra dayanaraq qadın piyadaya yüksək səslə irad bildirib.
Kadrlardan həmçinin görünür ki, hadisənin baş verdiyi ərazinin yaxınlığında piyada keçidi mövcuddur.
Nərmin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.