"Atletiko" hücum xəttini gücləndirmək üçün "Qalatasaray"ın forvardı Viktor Osimheni heyətinə qatmağı planlaşdırır.
QOL.az xəbər verir ki, "AS" nəşrinin məlumatına görə, Madrid klubu Xulian Alvaresin gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda bu addımı atmağa hazırlaşır.
Bildirilir ki, nigeriyalı hücumçu ilə “Atletiko”dan başqa “Mançester Yunayted”, “Arsenal” və PSJ də maraqlanır.
Qeyd edək ki, Osimhen son iki mövsümdə "Qalatasaray"ın heyətində 74 oyunda 59 qol vuraraq diqqət mərkəzinə düşüb və komandanın qazandığı iki çempionluqda mühüm pay sahibi olub.