AZ

“Barselona” müdafiə xəttində dəyişiklik etməyə hazırlaşır - Kunde “qara siyahı”da

“Barselona” müdafiə xəttində dəyişiklik etməyə hazırlaşır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kataloniyalılar fransalı müdafiəçisi Jül Kunde ilə yolları ayırmağı nəzərdən keçirir.

“Barselona” rəhbərliyi Kundenin ötən mövsümdəki çıxışından məmnun qalmayıb və onun satışı barədə düşünür.

Klub həmçinin müdafiə xəttini gücləndirmək üçün yeni futbolçu transfer etməyi planlaşdırır.

27 yaşlı futbolçu 2022-ci ilin yayından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Seçilən
19
sportinfo.az

1Mənbələr