ain.az, Demokrat.az saytına istinadən bildirir.
Xəbər verdiyimiz kimi, Zara İbrahimzadə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə yeni rəhbər təyin olunub. - Zara İbrahimzadə harada təhsil alıb?- Zara İbrahimzadə ABŞ-ın Corc Mason Universitetində təhsil alıb. - Zara İbrahimzadə hansı ölkələrdə işləyib?- Zara İbrahimzadə 15 il Türkiyədə fəaliyyət göstərib.O, müxtəlif şirkətlərdə, o cümlədən “LUKOİL Türkiyə”, “Akkuyu Nükleer” və SOCAR Türkiyə şirkətlərində çalışıb.Bu şirkətlərdə ayrı-ayrı marketinq və PR layihələrinin həyata keçirilməsinə rəhbərlik edib.- Zara İbrahimzadə peşəkar karyerasına nə zamandan başlayıb?- Zara İbrahimzadənin peşəkar karyerasına 2007-ci ildən başlayıb. O, 2007-2015-ci illərdə LUKOIL EURASIA PETROL A.Ş.-də İctimaiyyətlə Əlaqələr və Reklam Meneceri kimi fəaliyyəti, eləcə də daha əvvəl Sparrows Group, EU TACIS layihəsi və Financial Times-da müxtəlif vəzifələrdə çalışıb.2020-ci ildə ABB-nin Marketinq departamentinə direktor təyin edilib. 2023-cü ilin yanvarında həmin vəzifəsindən ayrılıb.- Zara İbrahimzadə TƏBİB-dəki təyinatına qədər harada çalışıb?- Zara İbrahimzadə 2023-cü ilin fevral ayında “PAŞA Bank” ASC-nin Marketinq departamentinin direktoru olub. Bu ilin yanvar ayında isə həmin vəzifısindən ayrılıb.O, son təyinatına qədər “PAŞA Bank” ASC-nin Baş İcraçı direktorunun müşaviri vəzifəsində çalışıb.(lent.az)Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.