Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun fəthinin ildönümü münasibətilə keçirilən tədbirdə diqqətçəkən bəyanatla çıxış edib.
Musavat.com xəbər verir ki, Ərdoğan bildirib ki, İstanbul türk və müsəlman şəhəridir:
“İstanbul türk və müsəlman şəhəridir. Allahın izni ilə qiyamət gününə qədər də türk və müsəlman şəhəri olaraq qalacaq”.
Türkiyə lideri çıxışında İstanbulun fəthinin tarixi əhəmiyyətindən danışaraq, şəhərin türk-islam kimliyinin qorunmasının vacibliyini vurğulayıb. Ərdoğan qeyd edib ki, İstanbulun fəthi təkcə bir şəhərin alınması deyil, dünya tarixinin gedişatını dəyişən hadisələrdən biri olub.
Bəyanat İstanbulun fəthinin ildönümü ilə bağlı keçirilən rəsmi tədbirlər çərçivəsində səsləndirilib.
Musavat.com