AZ

Moskvada səs küylü cinayət: Puşkin nəslinin nümayəndəsinə silahlı hücum

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Moskvanın İzmayılovski parkında rus şairi Aleksandr Puşkinin nəslindən olan qraf Andrey De Torbiyə hücum edən şəxslər saxlanılıblar.

Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, Moskva polisi hadisə ilə bağlı iki şübhəlini həbs edib.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsi (Quldurluq) üzrə cinayət işi başlanılıb.

Məlumata görə, qraf Andrey De Torbi İzmayılovski parkında qarət olunub. İki nəfər ona qarşı zor tətbiq edərək 80 min rubl dəyərində "Samsung" markalı mobil telefonu əlindən alıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, zərərçəkən parkda iki kişi ilə tanış olub. Qısa söhbət zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı şəxslərdən biri pnevmatik tapançadan istifadə edib.

Hadisədən sonra Andrey De Torbi tibbi yardım almaq üçün xəstəxanaya müraciət edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəlilərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb. Onların 23 və 26 yaşlarında olduqları bildirilir. Saxlanılanlardan birinin əvvəllər də analoji cinayətlərə görə dəfələrlə məhkum olunduğu qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Puşkin nəslinin nümayəndəsinin Moskvada meşə-park ərazisində döyülərək qarət edildiyi barədə məlumat yayılmışdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
3
olke.az

4Mənbələr