AZ

Biləsuvarda ağır qəza nəticəsində bir nəfər ölüb - YENİLƏNİB

Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisində qeydə alınmış yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayon Ərkivan qəsəbə sakini 1966-cı il təvəllüdlü Ələddin İmamverdi oğlu Babayev idarə etdiyi "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən eyni istiqamətdə olan Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Kəramət Bəylər oğlu Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə FHN-nin Salyan rayon xilasediciləri cəlb olunub. Nəqliyyat vasitəsində sıxılıb qalan meyit, xilasedicilər tərəfindən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Ələddin Babayevin meyiti daxili və xarici müayinə olunması üçün Cəlilabad rayon Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

23:40

Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük avtomobili toqquşub.

Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.

Biləsuvarda Biləsuvarda Biləsuvarda Biləsuvarda Biləsuvarda
Seçilən
22
apa.az

1Mənbələr