Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Ayaks" baş məşqçi təyinatını açıqladı
"Ayaks" Miçel Sançesin baş məşqçi təyinatını açıqlayıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
50 yaşlı çalışdırıcının son klubu "Jirona" olub. O, 2021-ci ildən 2026-cı ilə qədər La Liqa klubunu çalışdırıb. Onun rəhbərliyi altında "qırmızı-ağlar" tarixlərində ilk dəfə 2024/25 mövsümündə UEFA Çempionlar Liqasında mübarizə aparıb. Lakin başa çatan son mövsümdə uğursuzluqla üzləşən "Jirona" La Liqada 41 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşaraq elitanı tərk edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.