AZ

​Rusiyadan Ermənistana növbəti qadağa Kartof, badımcan və quru meyvələr də göndərə bilməz

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Rosselxoznadzor" iyunun 3-dən Rusiyaya ixrac edilən və Rusiya vasitəsilə digər Aİİ ölkələrinə göndərilən bir sıra Ermənistan məhsullarına yeni məhdudiyyətlər elan edib. Bu, xüsusilə Ermənistandan göndərilən kartof, badımcan və quru meyvələrə aiddir.

Qurumun bildirdiyinə görə, "məhdudiyyətlər göndərilən malların təhlükəsizliyini təmin etmək üçün aydın bir alqoritm hazırlanana qədər qüvvədə qalacaq".

Ermənistanda 7 iyun parlament seçkiləri öncəsi Rusiya keyfiyyət uyğunsuzluqlarını əsas gətirərək bu ölkədən bir sıra malların bazara girişini məhdudlaşdırıb.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
azpolitika.info

1Mənbələr