AZ

Pelenin forması 6 milyona satışa çıxarılacaq Foto

Axar.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Braziliyalı əfsanəvi futbolçu Pelenin 1958-ci il Dünya Kuboku finalında geyindiyi forma hərracda 6 milyon dollardan çox qiymətə satışa çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə "The Atletik" qəzetinin məlumatında deyilir.

Bildirilib ki, Pelenin formasının təxmini qiyməti 6 milyon dollardan çoxdur. Hərrac 29 iyunda başlayacaq və 16 iyulda başa çatacaq.

İsveçdə keçirilən 1958-ci il Dünya Kuboku finalında Braziliya ev sahiblərini 5-2 hesabı ilə məğlub edərək ilk dəfə kuboku qazanmışdı. O vaxt 17 yaşı olan Pele həlledici matçda iki qol vurmuşdu.

Xatırladaq ki, Pele 29 dekabr 2022-ci ildə 82 yaşında vəfat etdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
axar.az

1Mənbələr