AZ

Rubio: Çin İrana ABŞ-nin əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

BAKI, 3 iyun. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio Çinin İrana Vaşinqtonun hərbi əməliyyatlarını çətinləşdirəcək səviyyədə yardım göstərmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Rubio bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələr zamanı danışıb.

"Çinin İrana ABŞ-nin fəaliyyətini və ya hərəkət imkanlarını hər hansı formada çətinləşdirən dəstək verdiyini düşünmürəm", - deyə o bildirib.

Rubio qeyd edib ki, İranın arsenalında Çin mənşəli hərbi texnika mövcuddur. Bununla belə, onun sözlərinə görə, ABŞ yaxın perspektivdə Çinin İrana verdiyi sistemlərin döyüş meydanında vəziyyəti dəyişdirdiyinə dair heç bir əlamət müşahidə etməyib.

Dövlət katibi əlavə edib ki, Pekin ABŞ, İsrail və İran arasında yaranmış gərginliyə birbaşa qoşulmaq məsələsində ehtiyatlı davranır.

Rubio bildirib ki, Vaşinqton BMT Təhlükəsizlik Şurasında Hörmüz boğazı ilə bağlı ABŞ-ın təşəbbüs göstərdiyi qətnamə layihəsinə Çin tərəfindən veto qoyulmamasına ümid edir.

Onun fikrincə, belə bir qətnamə Pekinin maraqlarına da uyğundur. Rubio əlavə edib ki, Rusiya isə müxtəlif səbəblərə görə həmin qətnaməyə qəti şəkildə qarşı çıxır.

Seçilən
79
teleqraf.com

1Mənbələr