AZ

Dietoloqdan vacib məsləhət: Dondurma seçərkən bunlara baxın

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Dondurma kalsium və orqanizm tərəfindən asan mənimsənilən zülal mənbəyi hesab olunur. Bundan əlavə, insanın əhvalını yaxşılaşdıraraq stressin azalmasına da müəyyən qədər kömək edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı dietoloq və tibb elmləri namizədi Olqa Yamilova bildirib.

Mütəxəssisin sözlərinə görə, dondurmanın əsasını təşkil edən süd və qaymaq bir sıra faydalı qida maddələri ilə zəngindir. Bununla belə, məhsulun tərkibində yüksək miqdarda şəkər və heyvan mənşəli yağların olması onun sağlamlığa müsbət təsirlərini azalda bilər.

Dietoloq qeyd edib ki, bu maddələrin həddindən artıq qəbulu mədəaltı vəz və qaraciyərin iş yükünü artırır, eyni zamanda damarların sərtləşməsi (ateroskleroz) riskini yüksəldə bilər.

Onun fikrincə, dondurmanın tərkibindəki artıq şəkər və yağlar zamanla çəkinin artmasına və piylənməyə səbəb ola bilər. Həmçinin süd yağını əvəz edən emal olunmuş bitki yağları, müxtəlif stabilizatorlar və süni dadlandırıcıların istifadəsi məhsulun qida dəyərini və faydasını əhəmiyyətli dərəcədə azaldır. 

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
news.milli.az

2Mənbələr