AZ

SEPAH ABŞ-ın Beşinci Donanmasının qərargahını vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyn-də yerləşən Beşinci Donanmasının qərargahına, həmçinin region ölkələrindən birindəki Amerika aviabazasına raket və dron zərbələri endirib.

Publika.az xəbər verir ki, bu barədə ISNA agentliyi məlumat yayıb.

SEPAH-ın yaydığı bəyanatda bildirilir ki, bu addımlar ABŞ-ın İranın Keşm adasındakı hərbi obyektinə endirdiyi son zərbələrə cavab olaraq atılıb. Qurumun açıqlamasında qeyd olunub ki, region ölkələrindən birində yerləşən aviabaza, helikopter meydançası və ABŞ-ın Beşinci Donanmasının qərargahı SEPAH-ın Aerokosmik Qüvvələrinin raket və pilotsuz uçuş aparatları ilə hədəf alınıb.

Bundan başqa, bəyanatda SEPAH-ın Hörmüz boğazında İranın neft tankerinin vurulmasına cavab olaraq ABŞ-la əlaqəli bir gəmiyə də hücum etdiyi vurğulanıb.

İyunun 3-nə keçən gecə Bəhreyndə həyəcan siqnalları səslənib və yerli sakinlərə təhlükəsiz zonalara sığınmaq tövsiyə edilib.

Seçilən
28
4
publika.az

10Mənbələr