AZ

Yağış yağacaq, dolu düşəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti iyunun 3-nə olan hava proqnozunu təqdim edib.

Paytaxtda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində yağmursuz hava gözlənilsə də, gecə saatlarında şəhərətrafı qəsəbələrin bəzilərində qısamüddətli az yağış yağma ehtimalı mövcuddur. Səhər saatlarında şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə saatlarında 14-17° isti, gündüz isə 21-26° isti təşkil edəcək. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət isə 50-60 % olacaq.

Bölgələrdə isə əksər yerlərdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər saatlarında bəzi rayonlarda hava şəraitinin yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə qısamüddətli leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal edilir. Gecə və səhər bəzi bölgələrdə duman müşahidə olunacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlıq rayonlarda isə gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 20-25° isti olacaq.

Demokrat.az
Seçilən
14
36
demokrat.az

2Mənbələr