AZ

ABŞ Avropa ölkələri ilə nüvə silahlarına dair danışıqlar aparır

Polşanın milli müdafiə naziri Vladislav Kosiniak-Kamış NATO-nun Nüvə Paylaşımı proqramının mümkün genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdiyini təsdiqləyib.

"Report"un məlumatına görə, nazir qeyd edib ki, nüvə silahından çəkindirmə mövzusu alyans ölkələrinin müdafiə nazirlərinin 18 iyunda Brüsseldə, NATO-nun mənzil-qərargahında keçiriləcək görüşünün gündəliyinə daxil ediləcək.

Lakin Polşa Müdafiə Nazirliyinin rəhbəri müzakirələrin təfərrüatlarını açıqlamaqdan imtina edərək, məsələni həssas adlandırıb və rəsmi açıqlamaların yalnız NATO səviyyəsində verilə biləcəyini vurğulayıb.

Daha əvvəl "Financial Times" mənbələrə istinadən ABŞ və bir sıra ittifaq müttəfiqlərinin Avropa ölkələrinin Nüvə Paylaşımı proqramında iştirakının genişləndirilməsi imkanlarını müzakirə etdiklərini bildirib. Nəşrin məlumatına görə, Vaşinqton müttəfiqləri üçün təhlükəsizlik zəmanətlərini gücləndirmək məqsədilə Avropadakı hərbi mövcudluğunu gücləndirmək variantlarını nəzərdən keçirir.

Seçilən
80
1
far.az

2Mənbələr