AZ

ABŞ-də üzərində partlayıcı olan şəxs bankda bir neçə nəfəri girov götürüb

BAKI, 3 iyun. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında yerləşən Beykersfild şəhərində silahlı şəxs bankda bir neçə nəfəri girov götürüb.

Teleqraf xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat yayıb.

Bildirilib ki, naməlum şəxs "Chase" bankının filialına daxil olaraq binada barrikada qurub. Hüquq-mühafizə orqanları ərazini mühasirəyə alıb.

Məlumata görə, girovlardan biri artıq sərbəst buraxılıb. Bankda saxlanılan şəxslərin ümumi sayı isə hələ açıqlanmayıb.

Yerli polis "X" sosial şəbəkəsində yaydığı məlumatda bank binasında partlayıcı qurğu təhlükəsinin təsdiqləndiyini bildirib.

Hadisə yerinə Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları da cəlb olunub. Hazırda əməliyyat davam edir.

Seçilən
98
teleqraf.com

1Mənbələr