AZ

Küveytdə ABŞ hərbçilərinə hücum edən İran dronları vurulub

BAKI, 3 iyun. TELEQRAF

ABŞ ordusu Küveytdə yerləşən hərbi qüvvələri hədəf alan İran pilotsuz uçuş aparatlarının hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin hava hücumundan müdafiə vasitələri bir neçə pilotsuz uçuş aparatını uğurla vuraraq mümkün zərərin qarşısını alıb.

"Bu axşam ABŞ hərbçilərinə qarşı yönəlmiş növbəti İran dronları dalğası hədəflərinə çata bilmədi", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl Bəhreyndə yerləşən ABŞ hərbi obyektləri yaxınlığında güclü partlayışların baş verdiyi bildirilmişdi.

Küveyt Silahlı Qüvvələrinin Baş Qərargahı da ölkənin hava hücumundan müdafiə sistemlərinin düşmən raketləri və pilotsuz uçuş aparatları ilə bağlı təhlükələrə qarşı fəaliyyət göstərdiyini açıqlayıb.

Seçilən
60
teleqraf.com

1Mənbələr