AZ

Tayvanda təlim uçuşu zamanı iki pilot həlak olub

Tayvan hakimiyyəti iki pilotun ölümü ilə nəticələnən qəzadan sonra Beechcraft T-34C təlim təyyarələrinin uçuşlarını qeyri-müəyyən müddətə dayandırıb.

"Far.Az"un məlumatına görə, bu barədə adanın Hərbi Hava Qüvvələrinin rəhbəri general-mayor Tsyan İçen bildirib və istintaq aparılana qədər bu tip bütün təyyarələrin istismarının müvəqqəti olaraq dayandırıldığını qeyd edib. Onun sözlərinə görə, pilotlar müvəqqəti olaraq simulyator təlimi keçəcəklər.

Xatırladaq ki, hadisə iyunun 2-də Kaosyun şəhəri yaxınlığındakı Qanqşan hava bazası yaxınlığında baş verib. Ekipaj mühərrik nasazlığını simulyasiya edən mürəkkəb təlim məşqi edirmiş.

Hərbi Hava Qüvvələri təyyarənin aprel ayında texniki yoxlamadan keçdiyini və uçuş zamanı hava şəraitinin əlverişli olduğunu qeyd edib. Qəzanın səbəbini müəyyən etmək üçün xüsusi istintaq qrupu yaradılıb.

Seçilən
37
far.az

1Mənbələr