AZ

Pelenin forması rekord qiymətə SATIŞA ÇIXARILDI

Üçqat dünya çempionu Pelenin 1958-ci il dünya çempionatının final oyununda geyindiyi forması "Sotheby’s" hərrac evində satışa çıxarılacaq.

Musavat.com xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Söhbət 17 yaşında braziliyalı hücumçu Edson Arantis du Nasimentunun (Pele) Stokholmdakı "Rosunda" stadionunda İsveç yığmasına qarşı keçirilən final matçında (5:2) dubl etdiyi 10 nömrəli formadan gedir. Sözügedən qarşılaşma Braziliyaya tarixdə ilk dünya çempionluğu titulunu qazandırıb. Pele özü isə bu günə qədər dünya çempionatlarının finallarında qol vuran ən gənc futbolçu statusunu qoruyur.

"Bu, tarixin ən böyük futbolçularından birinin yüksəlişinin başladığı gecədə geyindiyi formadır", - deyə "Sotheby’s" hərrac evinin müasir kolleksiya əşyaları şöbəsinin rəhbəri Bram Vaxter bildirib.

ESPN-in qeyd etdiyinə görə, final oyunundan sonra Pele bu formanı yığmadakı komanda yoldaşı və dostu Dideyə (Nelson de Jesus Silva) hədiyyə edib. Forma 2004-cü ildə Braziliya muzeyinə təhvil verilib, daha sonra isə hazırda adı açıqlanmayan şəxsi sahibinə keçib.

Hərracın iyunun 29-dan iyulun 16-na qədər davam edəcəyi gözlənilir - satışın başa çatması cari dünya çempionatının finalından üç gün əvvələ planlaşdırılıb. Lotun ilkin qiymətləndirilməsi təxminən 6 milyon dollar təşkil edir.

Xatırladaq ki, Pele 2022-ci ilin dekabrında uzun sürən xəstəlikdən sonra 82 yaşında vəfat edib.

Musavat.com

Seçilən
56
musavat.com

1Mənbələr