AZ

Avropa Parlamenti "Google"dan imtina edib

Avropa Parlamenti cümə axşamından etibarən daxili kompüterlərini "Google" əvəzinə Fransanın axtarış sistemi "Qwant"dan istifadəyə keçirəcək.

“İki sahil” xəbər verir ki, qərar Avropa Parlamentinin üzvlərinə daxili bildirişdə çatdırılıb.

Qeyd olunub ki, "Qwant" 4 iyun tarixindən etibarən Avropa Parlamentinin kompüterlərində standart axtarış sistemi olacaq.

Dəyişiklik qurumun rəqəmsal suverenlik və istifadəçilərin şəxsi məlumatlarının qorunması ilə bağlı siyasəti ilə izah olunub.

Seçilən
15
1
ikisahil.az

2Mənbələr