AZ

Tramp İrandan dəqiq yazılı öhdəlik tələb edir

ABŞ prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında ilkin razılaşmanın bir hissəsi olaraq İrandan yazılı nüvə güzəştləri istəyir.

Musavat.com xəbər verir ki, məlumatı ABC News mənbələrə istinadən yayıb.

Mənbələr bildiriblər ki, İrandan danışıqları aparan şəxslər ABŞ-a şifahi şəkildə Tehranın nüvə proqramı ilə bağlı bir neçə şərtə razılaşacağına zəmanət veriblər. Lakin Ağ Evin Vəziyyət Otağında keçirilən görüşdə ABŞ prezidenti Tehrandan alınan təminatları qeyri-kafi hesab edib.

ABC News xatırladır ki, ABŞ-İran danışıqlarının mövzusu atəşkəsin rəsmi olaraq uzadılmasını, Hörmüz boğazının tədricən açılmasını təmin etməyi və Tehranın nüvə proqramı ilə bağlı gələcək danışıqlar üçün vaxt çərçivəsini müəyyən etməyi nəzərdə tutan anlaşma memorandumudur. Kanal əlavə edir ki, ötən həftə Amerika və İran danışıqçıları həm Tramp administrasiyasını, həm də İran hakimiyyətini qane edəcəyinə inandıqları bir razılaşma layihəsi üzərində razılığa gəliblər. Qeyd olunur ki, bu versiyada İranın nüvə silahı əldə etməmək barədə yazılı öhdəliyi var idi, lakin bütövlükdə nüvə proqramı ilə bağlı konkret öhdəliklər yox idi.

Daha əvvəl The New York Times mənbələrə istinadən xəbər vermişdi ki, Tramp İranla münaqişəni həll etmək üçün razılaşma layihəsinin şərtlərini sərtləşdirib və baxılması üçün Tehrana yeni təkliflər təqdim edib.

Musavat.com

Seçilən
67
musavat.com

1Mənbələr