İsrail və Livan nümayəndə heyətləri Vaşinqtonda dördüncü danışıqlar raundu keçiriblər.
Musavat.com Dövlət Departamentinin sözçü müavini Tommi Piqottun açıqlamasına istinadən xəbər verir ki, tərəflər atəşkəslə bağlı razılıq əldə ediblər:
"Son 20 ilin səhvlərini aradan qaldırdıqca və Livanın suverenliyini bərpa etməyə, İsrailin təhlükəsizliyini təmin etməyə yönəlmiş hərtərəfli razılaşmaya doğru siyasi və təhlükəsizlik məsələlərində irəliləyiş davam edir".
Dövlət Departamentinin sözçüsü ABŞ-ın bu danışıqları asanlaşdırmaq üçün davamlı öhdəliyini bir daha təsdiqləyib və növbəti raundun çərşənbə günü keçiriləcəyini açıqlayıb.
Musavat.com