AZ

Makronun Davosda taxdığı eynəklərin istehsalçısı iflas etdi

Fransa Prezidenti Emmanuel Makronun Davos İqtisadi Forumunda taxdığı gün eynəklərinin linzalarını istehsal edən şirkət iflas edib.

“Dalloz Creations” şirkəti restrukturizasiya planının uğursuz olması səbəbilə xarici idarəetməyə verilib. Ləğvetmə prosesi şirkətin 29 əməkdaşını əhatə edəcək, müəssisənin aktivləri isə satışa çıxarılıb.

1957-ci ildə əsası qoyulan “Dalloz Creations” gün eynəkləri üçün linza istehsalı sahəsində Avropanın aparıcı müəssisələrindən biri hesab olunurdu.

Qeyd edək ki, yanvarın 15-də E.Makron hərbçilər qarşısında çıxışı zamanı sağ gözündəki qızartı və iltihab səbəbilə bir müddət gün eynəyi taxmaq məcburiyyətində qalmışdı. Daha sonra o, Davos forumunda da həmin eynəklərlə çıxış edib. Forum çərçivəsində ABŞ Prezidenti Donald Tramp fransalı həmkarının taxdığı “çox maraqlı və bəyəndiyi” eynəklərə diqqət çəkmişdi.

Mənbəoxu.az
Seçilən
43
banker.az

1Mənbələr