AZ

Akademiyada AI qalmaqalı: Müəllim tənqin atəşinə tutuldu

ain.az bildirir, Lent az portalına istinadən.

Avstraliyanın aparıcı ali məktəblərindən biri olan “Western Sydney University”nin prorektoru professor Kat Ellis tələbələri təhsildə asan yola qaçmamağa və süni intellektə güvənməməyə çağırdığı məqaləni özü süni intellekt vasitəsilə hazırladığı üçün tənqid olunub.

Lent.az xəbər verir ki, məqalə əvvəlcə “The Sydney Morning Herald” qəzetində dərc edilsə də, sonradan qəzet rəhbərliyi yazının redaksiya qaydalarını pozduğunu bildirərək onu saytdan silib.

Universitet nümayəndələri Ellisin yazını hazırlayarkən özünün 40 min sözdən ibarət materiallarını “Microsoft-un Copilot” sisteminə yüklədiyini və süni intellektin həmin məlumatlar əsasında ilkin mətn hazırladığını təsdiqləyiblər. Universitet bu üsulun uyğun və peşəkar süni intellekt istifadəsi olduğunu müdafiə edib.

Qəzetin redaktoru Jordan Baker isə nə müəllifin, nə də universitetin məqalənin hazırlanmasında süni intellektdən istifadə edildiyi barədə redaksiyanı əvvəlcədən məlumatlandırmadığını bildirib və bunu qəbuledilməz adlandırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
lent.az

1Mənbələr