AZ

Təbrizdə daha 3 fəal soydaşımız zindana atıldı...

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Şərqi Azərbaycan əyalətinin Apellyasiya Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının üç fəalının həbs cəzası hökmünü olduğu kimi təsdiqləyib.

Moderator.az bu haqda "Azad İran" telegram-kanalına istinadla xəbər verir.

Məlumata əsasən, Əmin Taqizadə, Səməd Heydəri və Rza Səlimi “daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətmək məqsədilə toplaşma və əlbir olma” ittihamı üzrə 3 il 7 ay həbs, “sistemə qarşı təbliğat aparmaq” ittihamı üzrə isə 8 ay həbs cəzasına məhkum edilib.

Məlumata görə, üç azərbaycanlı fəal 2 yanvar 2025-ci ildə Təbrizdə Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bildirilir ki, onların həbsi iş yerlərində və evlərində zor tətbiq edilməklə həyata keçirilib.

Bir neçə mərhələli dindirilmə və Təhlükəsizlik İdarəsinin saxlanma mərkəzi ilə Təbriz həbsxanası arasında köçürülmələrdən sonra,

onlar 6 fevral 2025-ci ildə Təbriz Mərkəzi Həbsxanasından 1 milyard tümənlik girov müqabilində müvəqqəti olaraq azad edilmişdilər.

S.Laçın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
moderator.az

2Mənbələr