AZ

Arvadını, baldızını və onların nənəsini öldürmək istəyən şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhdə təqsirləndirilən Elnur Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, hadisə 2024-cü il mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, 3 ünvanında yerləşən evdə dəhşətli cinayət hadisəsi baş verib.

 

Hadisədən iki gün sonra cinayəti törətməkdə şübhəli bilinən Ağcabədi rayon sakini əvvəllər məhkum olunmuş 28 yaşlı Elnur Əliyev saxlanılıb.

 

İstintaqla müəyyən edilib ki, mayın 16-da Elnur Əliyev arvadı Elminaz Əliyevaya zəng edərək qonaq getdiyi anasıgilin evlərindən geri çağırıb. Yoldaşının onunla birgə yaşamaq istəmədiyini və ayrılmaq istədiyini bildirdikdə aralarında mübahisə başlayıb. Qisas almaq niyyəti ilə qadını öldürmək qərarına gələn Elnur Əliyev mayın 17-də Sabunçu qəsəbəsi, Şəhər şosesi, 3 ünvanında yerləşən evə gedib. Aqressiv şəkildə arvadını çağırıb, ondan çölə çıxmasını tələb edib. Arvadının nənəsi ondan səs-küy salmayıb, çıxıb getməsini tələb etdikdə, yumruqla qadının üzünə zərbə vurub. Qonşuları köməyə çağırmaqdan ötrü həyətə çıxan baldızının arxasınca qaçaraq onun boynundan tutub və üzərindəki bıçaqla 4 dəfə zərbə endirib. Sonra arvadının üzərinə hücum çəkib. Onu arxası üstə yerə yıxıb bıçağı göstərərək başını kəsəcəyi ilə hədələyib. Qadının baş nahiyəsinə və döş qəfəsinə 2 dəfə zərbə vurub. Nənəsi onun əlindəki bıçağın tiyəsindən tutub, mane olmağa çalışanda, qadının sol əlinin 3 barmağı kəsilib. Daha sonra kürəyinə də zərbə endirib.

 

Baldızı suqabını onun başına çırpdığı üçün yerə yıxılıb və qonşuların gəldiyini görərək hadisə yerindən qaçıb. Zərərçəkmiş şəxslər vaxtında Sabunçu Tibb Mərkəzinə çatdırılaraq həyatları xilas olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Əliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.

 

Kamal Məmmədov

Tarix: 3 İyun 2026, 09:42   
Seçilən
24
pravda.az

1Mənbələr