AZ

İcraçı direktor: Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq etnik azlıqların hüquqlarının müdafiəsinə töhfə verəcək

Son beş ay ərzində Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlıq çərçivəsində Bakı Təşəbbüs Qrupu transmilli repressiyalar, Hindistanda etnik azlıqlara qarşı ayrı-seçkilik, insan hüquqlarının müdafiəsi, habelə beynəlxalq təşkilatların, yerli xalqların, etnik azlıqların və ümumilikdə insan hüquqları kimi mühüm mövzulara həsr olunmuş iki beynəlxalq konfransı uğurla təşkil edib.

APA xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov Hindistan hökumətinin etnik azlıqlaraqarşı repressiv siyasətinə həsr edilmiş “İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində” adlı beynəlxalq konfransdakı çıxışında deyib.

“Bundan əlavə, biz birgə hesabat hazırlayıb nəşr etmişik və həmin hesabat BMT-nin İnsan Hüquqları Şurasının 61-ci sessiyası zamanı Cenevrədə təqdim olunub. Mən qəti şəkildə inanıram ki, Beynəlxalq Zikh Federasiyası ilə əməkdaşlığımız etnik azlıqların hüquqlarının və insan hüquqlarının müdafiəsinə mühüm töhfə verəcək”, - Abbas Abbasov qeyd edib.

Seçilən
21
apa.az

1Mənbələr