AZ

Ermənistan Rusiyanın "ticarət zərbəsi"ndən qorunmaq üçün BU ADDIMI ATIR

Rusiyanın tətbiq etdiyi məhdudiyyətlər fonunda Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bu gün Aİ-nin İrəvana göstərəcəyi dəstəyi müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq" radiosunun Ermənistan xidməti Brüsseldəki mənbələrinə istinadən yayıb.
 

Mənbələrin verdiyi məlumata görə, Avropa İttifaqı Ermənistan üçün maliyyə yardımı və güzəştli ticarət şərtləri hazırlayır. Söhbət müəyyən Ermənistan mallarının Aİ bazarına rüsumsuz və kvotasız daxil olmasına imkan verəcək Avtonom Ticarət Tədbirlərindən gedir.


Brüssel bu mexanizmi adətən böhranlı vəziyyətlərdə tərəfdaşlarına dəstək nümayiş etdirmək və onların Avropa bazarına daha dərindən inteqrasiyasını təmin etmək məqsədilə tətbiq edir.

Bizim.Media

Seçilən
9
4
bizim.media

6Mənbələr